Yaponiyada güclü zəlzələ
Bu gün səhər saatlarında Yaponiyanın cənubundakı Okinava prefekturasında, Yonaquni adasında 6 bal gücündə güclü zəlzələ baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Episentri Yonaquni adasına düşən zəlzələ 10 km dərinlikdə olub. Hər hansı tələfat, xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb. Zəlzələdən dərhal sonra sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bəzi beynəlxalq seysmoloji stansiyalar zəlzələnin 5,8 bal gücündə olması barədə məlumat yayıblar.










