Vyetnamda 1 gündə 11 nəfərə ölüm hökmü oxundu
Vyetnamda məhkəmə narkotik ticarəti ilə məşğul olan 11 nəfərə ölüm hökmü çıxarıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə məhkəmədə müttəhim kürsüsündə 227 nəfər oturub.
İttiham olunanlar narkotik maddələrin istehsalı və ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanın üzvləri olublar. Onların qanunsuz əməllərinin üstü hələ 2023-cü ildə açılıb. Belə ki, Fransa polisi Vietnam Airlines aviaşirkətinin Parisə üçan təyyarəsinin 4 stüardessasının şəxsi əşyalarını yoxlayarkən, diş pastalarının içərisində narkotik aşkarlamış və sonradan bələdçi qızları Vyetnama təhvil vermişdi. Məhz bu olay sayəsində böyük bir cinayətkar şəbəkənin izinə düşmək mümkün olmuşdu. Qruplaşma əsasən Vyetnamdan Avropa ölkələrinə gündəlik tələbat mallarında gizlədilməklə narkotik maddələr göndərməklə məşğul imiş.
Yeri gəlmişkən, istintaq zamanı stüardessaların günahsız olduğu üzə çıxıb. Digər 212 nəfərdən 20-i isə isə ömürlük həbs cəzasına layiq görülüb.










