#Ölkə

“Ulduz” metrostansiyasının qarşısından keçən yola asfalt çəkilir

“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir