Ukrayna millisinin üzvü “Ayaks”a keçir
“Jirona”nın futbolçusu Viktor Tsıqankov “Ayaks”a keçməyə yaxındır.
Xəbər Experti xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Ukrayna millisinin vingerinin avqustun 24-də Amsterdama yola düşəcəyi gözlənilir.
Oyunçu ilə 2029/30 mövsümünün sonuna qədər müqavilə imzalanacağı bildirilib. Xəbərdə bu transfer üçün “Jirona”ya 4 milyon avro ödəniləcəyi vurğulanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü ildən “Jiron”da çıxış edir.










