#İdman

Türkiyənin güləş əfsanəsi Bakıda

Türkiyənin güləş əfsanəsi Taha Akgül Bakıya səfər edib.

Xəbər Experti xəbər verir ki, səfərdə məqsəd Azərbaycan paytaxtında keçirilən güləş üzrə U-17 komandalarının dünya çempionatını izləməkdir. 

Azərbaycan Güləş Federasiyasının yaydığı xəbərə görə, Taha Akgül bu gün Milli Gimnastika Arenasında azarkeşlərlə görüşəcək. Görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, Taha Akgül sərbəst güləş üzrə bir dəfə Olimpiya, üç dəfə dünya və on dəfə Avropa çempionudur. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir