#Dünya

Türkiyədə Meşə Yanğınları İlə Bağlı Məsuliyyətə Cəlb Olunanlar Var

Türkiyənin ədliyyə naziri Akın Gürlek ölkədə baş verən meşə yanğınları ilə bağlı aparılan istintaq tədbirlərinin nəticələrini açıqlayıb.

Məlumata əsasən, iyunun 1-dən bəri 16 vilayətdə qeydə alınan 44 meşə yanğını ilə bağlı 29 şübhəli şəxs müəyyən edilib. Aparılan istintaq çərçivəsində yanğınların törədilməsində şübhəli bilinən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir