Trampın iki şəhərin məhv edilməsi ilə bağlı sözlərinə Kaliforniyadan sərt etiraz
Kaliforniyanın qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın İranın Los-Ancelesi və San-Dieqonu “məhv edə biləcəyi” barədə fikirlərini sərt tənqid edib.
Xəbər Experti xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Donald Tramp Milli Qvardiyanı və dəniz piyadalarını Kaliforniyanı işğal etmək üçün göndərdikdən sonra indi də deyir ki, xarici düşmənlərimiz Los-Anceles və San-Dieqonu məhv edə bilərlər. O, ağlını itirib və təhlükəlidir”, – siyasətçi yazıb.
Daha əvvəl Tramp ABŞ-ın İranla müharibəsinin kəskinləşəcəyi halında Los-Anceles və San-Dieqonun məhv edilə biləcəyini deyib.
“Qoyun onlar Los-Ancelesi, San-Dieqonu məhv etsinlər. Bu, ödəyəcəyimiz çox kiçik bir qiymət olacaq”, – Tramp əlavə edib.










