#Dünya

Tramp Braziliyanı Hindistanla səhv salıb 

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında seçkilərlə bağlı paylaşımda Braziliyanı Hindistanla səhv salıb.

Xəbər Experti xəbər verir ki, Amerika lideri yazıb ki, Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib və nəticələr həmin gün açıqlanıb.

Bazar günü Hindistanda prezident seçkisi keçirilməyib. Ölkə prezidenti Draupadi Murmu 2022-ci ilin iyulundan bu vəzifəni tutur. Digər tərəfdən, Hindistanda prezident birbaşa xalq səsverməsi ilə deyil, parlamentin hər iki palatasının və ştat qanunverici orqanlarının üzvlərindən ibarət seçicilər kollegiyası tərəfindən seçilir.

Trampın qeyd etdiyi seçici sayı isə Braziliyada prezident seçkilərinin birinci turunun nəticələrinə uyğun gəlir. Orada səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb və seçki məntəqələri bağlandıqdan dərhal sonra nəticələrin açıqlanmasına başlanılıb.

İkinci turda, 25 oktyabrda, hazırkı prezident Luis İnasio Lula da Silva ilə keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro qarşılaşacaq. Onlardan heç biri ilk turda 50 faizdən çox səs toplaya bilməyib.

Tramp paylaşımından sonra ilkin postu Truth Social-dan silib və iki dəqiqə sonra düzəliş edilmiş versiyanı yayımlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir