#İdman

“Trabzonspor” Salahla müqavilə imzaladı

Misir millisinin hücumçusu Məhəmməd Salahın “Trabzonspor”a keçidi rəsmiləşib.

Xəbər Experti xəbər verir ki, Türkiyə klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Salah bu yay “Liverpul”dan ayrılıb. O, Mersisayd təmsilçisinin heyətində iki dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun, UEFA Superkubokunun və İngiltərə Superkubokunun qalibi olub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir