#Dünya

Taylandda nəzarət məntəqəsinə hücum – 5 əsgər həlak olub

Taylandın cənubundakı Narathivat şəhərində təhlükəsizlik məntəqəsinə bomba və silahlı hücum təşkil edilib. 

Xəbər Experti xəbər verir ki, bu barədə Taylandın “The Nation” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bomba yüklü bir avtomobil Narathivatın Rangae rayonundakı polis bölməsinə hücum edib.

Hadisə nəticəsində beş əsgər həlak olub, beş mülki şəxs yaralanıb.

Bölgədə təhlükəsizlik tədbirləri artırılıb və hadisə yerindən qaçan silahlıların müəyyən edilməsi üçün əməliyyat başlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir