Azərbaycan güləşçisi dünya çempionatının finalında
Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir. Xəbər Experti xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov yarışda finala yüksəlib. 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusu(4:2) məğlub edib. Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə yarımfinalda uduzublar. Onlar sabah bürünc medal urunda görüşə çıxacaqlar.








