#Dünya

Təyyarənin təkərində ölkənin tərk etdi, həyatından oldu

Böyük Britaniyada, Qatvik hava limanında işçilər “Air Arabia” aviaşirkətinə məxsus təyyarəyə texniki baxış keçirən zaman naməlum kişi meyiti aşkarlayıblar.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, meyit təyyarənin şassisində tapılıb.

Dərhal hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər naməlum şəxsin dondurma və oksigen çatışmazlığından dünyasını dəyişdiyini bildiriblər.

Qeyd edək ki, sözügedən təyyarə Qatvikə Mərakeşin Tancer şəhərindən uçub. Güman ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxs bu yolla Böyük Britaniyaya qeyri-qanuni keçmək istəyirmiş.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir