#Dünya

Suriyada partlayış – 5 ölü, 10 yaralı

Suriyanın şimal-qərbindəki İdlib əyalətində silah-sursatla dolu nəqliyyat vasitəsi partlayıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə qrupları göndərilib və yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Suriya hakimiyyəti hələlik partlayışla bağlı rəsmi açıqlama verməyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir