#Dünya

Sudanda qızıl mədəni çökdü – 60 nəfər həlak oldu

Sudanın Qərbi Kordofan bölgəsindəki Əl-Nuhud şəhərinin şimalında yerləşən qızıl mədənində çökmə baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 60 nəfər həyatını itirib. Ölənlərin sayının arta biləcəyini istisna edilmir.

Qeyd edək ki, qızıl mədənçiliyi Sudan ordusu ilə münaqişədə olan hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələrinin (RSF) nəzarəti altında olan Qərbi Kordofanda əhəmiyyətli gəlir mənbəyidir.

Ümumilikdə isə Sudan Afrikanın ən böyük qızıl istehsalçılarından biridir, lakin ölkənin qızılının əksəriyyəti təhlükəli ənənəvi mədən üsulları ilə çıxarılır.

Sudanda qızıl mədəni çökdü – 60 nəfər həlak oldu

“Kəpəz” bəyanat yaydı

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir