#Dünya

Stadionun mərkəzinə ildırım düşdü – 1 futbolçu öldü, 9-u yaralandı

Taylandda keçirilən futbol üzrə “Golok FA Kuboku 2026″nın yarımfinal matçında faciə yaşanıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, matçın gedişində stadionun mərkəzinə ildırım düşüb. Nəticədə bir çox futbolçu huşunu itirib. Oyunçulara meydana daxil olan tibb qrupları tərəfindən ilk tibbi yardım göstərilib.

Hadisədə “FC Yala” klubunun üzvü Sofvan Avae həyatını itirib, 9 futbolçu isə yaralanıb.

Bütün yaralılar xəstəxanaya aparılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir