Sergey Lavrov: Berlin tarixi dərslərdən nəticə çıxarmayıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Leypsiq hava limanına pilotsuz uçuş aparatı (PUA) hücumunda Moskvanı ittiham etməsinə sert reaksiya verib. Nazir bildirib ki, heç bir araşdırma aparılmadan Rusiyanın günahlandırılması mahiyyətcə real müharibə addımıdır.
O, Almaniyanın mövcud siyasi kursunu II Dünya müharibəsindən əvvəlki dövrlə müqayisə edib. Lavrovun sözlərinə görə, Berlini idarə edənlər tarixi təcrübədən nəticə çıxarmayaraq yenidən müharibə ab-havası yaradır və diplomatik nümayəndəlikləri bağlamaqla eyni xətaları təkrarlayırlar.
Rusiya rəsmisi həmçinin vurğulayıb ki, Moskva baş verənlərdən lazımi nəticələri çıxaracaq. O, mövcud Avropa siyasətçilərinin tezliklə siyasi səhnədən silinəcəyini deyilənlərə əlavə edib.








