SEPAH Hörmüz Boğazının Açılması İddialarını Təkzib Edib
Fars” agentliyinin danışıqlar heyətindəki mənbələrə istinadən yaydığı məlumata görə, Hörmüz boğazının yenidən açılması ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bu barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Mənbə bildirib ki, ABŞ-ın düşmənçilik siyasəti davam etdiyi müddətdə boğaz bağlı qalacaq. Qeyd olunub ki, gəmilərin hərəkəti yalnız əvvəlcədən müəyyən edilmiş marşrut üzrə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə mümkün ola bilər.
Bu təkzib, İsrail mediasında ABŞ Prezidenti Donald Trampın İrana hücumu ləğv etməsinə səbəb kimi Hörmüz boğazının açılması üzrə kompromis razılaşmanın əldə olunması barədə yayılan xəbərlərdən sonra gəlib.










