#Ölkə

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Xəbər Experti xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildrilib.

Məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar sabah saat 10:00-dan 12:00-dək Naxçıvan şəhəri 56, 59, 60 və 61-ci məhəlləri, Şəhriyar, Səməd Vurğun və Həsən Rəhmanov küçələri, Hərbi Şəhərcik-1, Universitet şəhərciyi, Uşaq Xəstəxanası və Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir