#Dünya

“Rusiyanın Macarıstana cavabı sərt olacaq” – Zaxarova

“Macarıstan tərəfinin 10 rusiyalı diplomatın ölkədən çıxarılması qərarına cavabımız çox sərt olacaq”.

Xəbər Experti xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN nümayəndəsi Macarıstanın bu addımını Budapeştdəki rusofob lobbinin fəaliyyəti adlandırıb.

Daha əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban ölkədən 10 rusiyalı diplomatın çıxarılacağını açıqlayıb. Onun sözlərinə görə, söhbət

“Vyana Konvensiyası çərçivəsində diplomatlar üçün yolverilməz olan fəaliyyətlə Macarıstanda məşğul olan” şəxslərdən gedir.

Orban qeyd edib ki, bu qərar ölkənin təhlükəsizliyi və suverenliyi üçündür,  Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir