Rusiyada qadın 3 yaşlı qızını 9-cu mərtəbədən atdı
Tükürpədici hadisə dünən Moskvada baş verib.
Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı qız 9-cu mərtəbədəki mənzilin eyvanından düşüb.
Körpə ağır xəsarətlər alsa da, sağ qalıb və şahidlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmaya başlayan hüquq-mühafizə orqanları ərazidəki müşahidə kameralarını izlədikdən sonra qızın anası tərəfindən atıldığı məlum olub. Adı açıqlanmayan qadın saxlanılıb. O, bu gün verdiyi ifadəsində əməlini etiraf edib, hadisəni törədərkən spirtli işkinin təsiri altında olduğunu bildirib.
Yeri gəlmişkən, olay zamanı eyvanda qadının digər övladı da olub. Anası nədənsə ona toxunmayııb.










