#Dünya

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub. 

Xəbər Experti xəbər verir ki, bu barədə Belarusun dövlət televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, Belarusun Qomel bölgəsində baş tutan mübadilədə əsir götürülmüş 10 rus və 10 ukraynalı əsgər qarşılıqlı olaraq azad edilib.

Mübadilə prosesi Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə həyata keçirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Donetsk bölgəsində itkin düşdüyü bilinən 10 ukraynalı əsgərin azad edildiyini açıqlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir