“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov
“Rusiya tərəfi Ukrayna üzrə nizamlanma çərçivəsində mümkün yeni yanaşmaları dinləməyə hazırdır”.
Xəbər Experti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində bildirib.
“ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın nizamlanma prosesində vasitəçi ola bilməyəcəyini dedikdən sonra biz iyulun 23-də Manilada ASEAN tədbirləri çərçivəsində görüşdük. Daha sonra, təxminən bir ay əvvəl, o bildirdi ki, ABŞ Ukrayna böhranının nizamlanmasında maraqlıdır, lakin yeni yanaşmalar axtarmaq lazımdır. Rusiya yeni yanaşmaları dinləməyə hazırdır. Bu arada biz “yerdə” işi davam etdiririk”, – Lavrov deyib.
O vurğulayıb ki, Rusiya hər zaman danışıqlara hazırdır, lakin danışıqlar dövründə atəşkəs elan etməyəcək. Atəş yalnız tam və uzunmüddətli nizamlanma əldə olunanda dayandırılacaq.









