“Rusiya–ABŞ–Çin görüşü ətraflı müzakirə ediməyib” – Peskov
“Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü mövzusu Vladimir Putin və Donald Tramp arasında keçirilən telefon danışığı zamanı gündəmə gəlib, lakin bununla bağlı konkret təkliflər irəli sürülməyib”.
Xəbər Experti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, üç dövlət başçısının Çində keçiriləcək APEC sammiti (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı –) çərçivəsində görüşü, onun mümkün gündəliyi ilə bağlı hər hansı konkret təklif və ya razılaşma müzakirə edilməyib.










