“Regionun bütün ölkələri TRIPP-dən fayda əldə edəcək” – Paşinyan
“Regionun bütün ölkələri, eləcə də regiondan kənarda layihədə iştirak edən dövlətlər “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsindən fayda əldə edəcəklər”.
Xəbər Experti xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
O deyib ki, bu ölkələr arasında İran, ABŞ da var: “Biz TRIPP-i sülh vasitəsi kimi görürük və bu fürsətdən istifadə etməliyik”.










