#Futbol

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu

Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası tərəfindən xatirə mükafatları təqdim olunub.

Xəbər Experti xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” oyunundan əvvəl təqdim edilib.

Mükafatlar “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənov və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir