#Futbol

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Xəbər Experti xəbər verir ki, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında komandaya keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək hüququ var.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir