Putin və Modinin müzakirə edəcəkləri məsələlər açıqlanıb
“Rusiya prezidenti Vladimir Putin BRİKS sammiti ərəfəsində sentyabrın 11-də Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək”.
Xəbər Experti xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, görüşdə Ukraynadakı vəziyyət və beynəlxalq məsələlər müzakirə ediləcək.
Onlar, həmçinin dünya gündəliyindəki məsələləri, xüsusilə, İrandakı vəziyyəti və bir sıra beynəlxalq təşəbbüsləri nəzərdən keçirəcəklər.
Peskov tərəflərin iqtisadi əməkdaşlığa da diqqət yetirəcəklərini deyib.
Xatıladaq ki, BRİKS sammiti sentyabrın 12-13-də Dehlidə keçiriləcək.










