#İdman

PSJ azarkeşləri: “Gəlin, matçı boykot edək”

PSJ azarkeşləri Fransa Liqa 1-in “Lion”la oyunun vaxtını dəyişdirməsindən narazı qalıblar.

Xəbər Experti xəbər verir ki, çempionatın 8-ci turu çərçivəsində oktyabrın 25-də keçirilməsi planlaşdırılan qarşılaşma bir gün sonraya – oktyabrın 26-na təxirə salınıb. Bakı vaxtı ilə saat 00:30-da başlayacaq matç “Qızıl top” mükafatının təqdimetmə mərasimi ilə eyni vaxta düşəcək. PSJ-nin 10 futbolçusu bu mükafata namizəddir.

Azarkeşlər qərarla bağlı sosial şəbəkələrdə, xüsusən də “X” platformasında narazılıqlarını bildiriblər.

Youssnk adlı istifadəçi oyunu boykot etməyə çağırıb: “Gəlin, matçı boykot edək. Gəlin, taleyimizi sınağa çəkməyək”.

“JoaoDependance” adlı azarkeş isə qərarı biabırçılıq adlandırıb. O, PSJ-nin 10 futbolçusunun “Qızıl top”a namizəd olduğunu, klubun beynəlxalq arenada Fransa futbolunun nüfuzunu artırdığını və ölkə reytinqinə xallar qazandırdığını vurğulayıb. Azarkeş həmçinin futbolçuların mərasimdə iştirak edə bilməməsini və bazar ertəsi işdə olan insanların stadiona gəlmək imkanının nəzərə alınmamasını tənqid edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir