#Dünya

“Prezident olmasaydım, İsrail və Səudiyyə Ərəbistanı yox olardı” – Tramp

ABŞ lideri Donald Tramp bəyan edib ki, əgər o, ABŞ Prezidenti olmasaydı, İsrail və Səudiyyə Ərəbistanı yer üzündən silinə bilərdi.

Xəbər Experti xəbər verir ki, bu barədə Tramp “Time” jurnalına bildirib.

“Mən Səudiyyə Ərəbistanı üçün çox iş görmüşəm. Mən Səudiyyə Ərəbistanını qoruyuram. Əgər mən prezident olmasaydım, hazırda Səudiyyə Ərəbistanı mövcud olmazdı, İsrail də olmazdı. Onları yer üzündən silərdilər”, – o deyib.

Əlavə edib ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə münasibətləri əladır: “Amma unutmayın, mən burada olmasaydım, Səudiyyə Ərəbistanı olmazdı. İsrail də olmazdı”.

“Prezident olmasaydım, İsrail və Səudiyyə Ərəbistanı yox olardı” – Tramp

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir