#Ölkə

Polis əməkdaşları itkin düşmüş kimi axtarışı aparılan 5 nəfəri taparaq aidiyyəti üzrə təhvil veriblər

Sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 25-də ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,6 ton çəkidə 2800 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sentyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 4 tüfəng, 4 patron darağı və 54 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir