Pişik bu göstərici ilə Ginnesin rekordlar kitabına düşdü
ABŞ-də meyn-kun cinsindən olan pişik Ginnesin rekordlar kitabına düşüb.
Xənər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Erebus ləqəbli pişik pəncələrində ümumilikdə 29 barmağı olduğu üçün rekordçu olub.
Pişiyin sahibləri – Kendra Vandenblumer və Hanter Nett Viskonsin ştatında yaşayırlar, bir neçə ildir ki, meyn-kun cinsindən olan pişiklərin yetişdirilməsi və satışı ilə məşğuldurlar. Cütlüyün sözlərinə görə, Erebus doğulandan bir qədər sonra onlar Ginnesin rekordlar kitabının ofisinə müraciət ediblər və xüsusi yoxlanışdan sonra rekord rəsmiləşdirilib.
Bu cinsdən olan pişiklər də tez-tez bənzər hallarla rastlaşılır. Buna səbəb genetik mutasiyadır (polidaktiliya-red). Normal halda pişiklərin 16 barmağının olduğunu da bildirmək yerinə düşər.
Qeyd edək ki, əvvəlki rekord yenə də meyn-kun cinsindən olan Tobi ləqəbli pişiyə məxsus idi. Miçiqan ştatında bir ailədə məskunlaşan Tobinin 28 barmağı var.









