Pezeşkian Ermənistana gedir
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısa müddətli səfər edəcək.
Xəbər Experti xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Pezeşkian BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci iclasında (CBD COP17) iştirak edəcək.
Bəqai bildirib ki, sammit çərçivəsində Pezeşkianın tədbirdə iştirak edəcək bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması və fikir mübadiləsi etməsi də nəzərdə tutulub.
CBD COP17 bu il 19- 30 oktyabrında İrəvanda keçiriləcək, hazırlıq tədbirləri və “Yaşıl Zona” isə 2026-cı il oktyabrın 18-dən başlayacaq.










