#Dünya

Peskov Ermənistanı Aİİ və ya Aİ-də iştirakla bağlı seçim etməyə çağırıb

“Rusiya Ermənistanın suveren hüququna hörmət edir, lakin eyni zamanda İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) və ya Avropa İttifaqında (Aİ) iştirakına dair seçim etməlidir. Çünki bu birliklərin standartları bir-biri ilə uyğun gəlmir”. 

Xəbər Experti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq. Lakin Ermənistan Aİİ-nin inteqrasiya prosesinin iştirakçısıdır və digər standartlara tədricən istiqamətlənmə müxtəlif sahələrdə Aİİ-nin standartları ilə uzlaşmayacaq”, – Kreml rəsmisi deyib.

Peskov qeyd edib ki, Rusiya “seçim etməyin çox vacib olduğunu” deyərkən məhz bunu nəzərdə tutur: 

“Çox vacibdir ki, Aİİ-yə üzv ölkələrdən biri hamımız üçün mühüm olan bu inteqrasiya birliyinin qaydaları, normativləri və prinsipləri ilə ziddiyyət təşkil etməsin”, – Peskov vurğulayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir