Pakistan Səudiyyə Ərəbistanına qoşun yerləşdirdiyini təsdiqləyib
Pakistan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanının əsas müttəfiqi olaraq öz qoşunlarını bu ölkədə yerləşdirdiyini təsdiqləyib.
Xəbər Experti xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Pakistan qoşunları artıq oradadır. Bunu sizə deyə bilərəm”, – Pakistan ordusunun rəsmi nümayəndəsi general-leytenant Əhməd Şərif Çaudhri bildirib.
O, Pakistan əsgərlərinin Krallıqda müxtəlif istiqamətlərdə və sahələrdə” vəzifələrini yerinə yetirdiklərini söyləyib, amma onların sayı, imkanlarının nədən ibarət olduğu barədə məlumat verməyib, bunun məxfi xarakter daşıdığını söyləyib.
Qeyd edək ki, husilərin Səudiyyə Ərəbistanına son hücumları nəticəsində üç nəfər həlak olub. Hücumların hədəfi Yəmən sərhədinin yaxınlığında yerləşən Abha və paytaxt Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava limanları olub.










