Nyu-Yorkda şagirdlər üçün süni intellekt qadağası
Nyu-York meri Zöhran Məmdani ibtidai və orta məktəb şagirdləri üçün dərslərdə süni intellektdən (Sİ) istifadəni müvəqqəti olaraq qadağan edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, yeni tədris ili qaydaları çərçivəsində faydalı çatbotların istifadəsi tamamilə dayandırılıb və ekran qarşısında vaxt məhdudlaşdırılıb. Qaydaya əsasən, ekran qarşısında vaxt ibtidai məktəbdə 30 dəqiqə, orta məktəbdə isə 45 dəqiqə olacaq.
Sosial media və telefon asılılığına qarşı ölkədə ən əhatəli texnologiya məhdudiyyəti kimi seçilən bu addımın şagirdlərin tənqidi düşünmə bacarıqlarını qorumağa yönəldiyi düşünülür.
Digər tərəfdən, daha əvvəl məktəblərdə telefon istifadəsi də əvvəllər qadağan edilib.










