Nyu-Yorkda fövqəladə vəziyyət elan olundu
Nyu-York ştatının qubernatoru Keti Hokul ştatın bəzi yerlərində fövqəladə vəziyyət elan edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qızılca xəstəliyinin yayılmasıdır.
Bu barədə qubernatorun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda əsasən kənd yerlərində qızılcaya yoluxmanın artdığı, bunun qarşısının alınması üçün həmin ərazilərə əlavə tibbi briqadaların göndərildiyi bildirilir. Onlar vaksinasiya ilə yanaşı xəstələrin müayinə və müalicəsini həyata keçirəcəklər.
Qeyd edək ki, bu ilin əvvəlindən 108 nəfərdə qızılca aşkarlanıb. Onlardan 7-i Nyu-York şəhərinin payına düşür. İyuldan indiyə kimi isə əsasən kənd yerlərində mindən çox insana qızılca əleyhinə peyvənd vurulub.










