Nazarbayevin xalqa müraciət etmək hüququ ləğv edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın 2020–2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişikliklər edib.
Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Dəyişikliklərə əsasən, sənəddən ölkənin ilk prezidenti Nursultan Nazarbayevin vətəndaşlara və dövlət qurumlarına xarici siyasət məsələləri ilə bağlı müraciət etmək üçün malik olduğu ömürlük hüququ ləğv edilib. Tokayevin müvafiq fərmanı ölkənin hüquqi informasiya sistemində dərc edilib.
Nazarbayev Qazaxıstanın ilk prezidentidir, o, 1991–2019-ci illərdə ölkəyə rəhbərlik edib.










