“Müttəfiqlik bəyannaməsinin potensialını tam açmağa doğru irəliləyirik” – Lavrov
“Rusiya və Azərbaycan müxtəlif səviyyələrdə, o cümlədən dövlət başçıları arasında davamlı müntəzəm təmaslar sayəsində ölkələri arasında Müttəfiqlik Qarşılıqlı Əlaqələri haqqında Bəyannamənin “potensialını tam şəkildə reallaşdırmağa doğru irəliləyirlər”.
Xəbər Experti xəbər verir ki, bunu Rusiyaın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvads görüş zamanı bildirib.
O deyib ki, hər iki ölkənin Xarici İşlər nazirlikləri səviyyəsində dialoq prezidentlər, eləcə də hökumətlər, nazirliklər, parlamentlər arasında müntəzəm əlaqələri gücləndirir.
“Bütün bunlar göstərir ki, bəzən yaranan çətinliklərə baxmayaraq – onlar həyatda qaçılmazdır -, biz 22 fevral 2022-ci ildə imzaladığımız Müttəfiqliq Qarşılıqlı Əməkdaşlığı haqqında Bəyannamənin potensialını tam şəkildə həyata keçirməyə doğru irəliləyirik. “Yeri gəlmişkən, imzalanma tarixi 22, 2, 22-22-dir( 22 fevral, 2-ci ay, 2022-ci il), – Lavrov qeyd edib.










