#Dünya

Misirdə avtobus qəzası – 16 ölü, 28 yaralı

Misirin Qırmızı dəniz sahilindəki turistik ərazi olan Sina yarımadasında ağır qəza baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Dahab-Nuveyba yolunda baş verən avtobus qəzasında 16 nəfər ölüb, 28 nəfər yaralanıb.

Misir Səhiyyə Nazirliyi qəzadan sonra ilk tibbi yardım göstərmək və yaralıları təxliyə etmək üçün əraziyə 20 təcili yardım maşınının göndərildiyini bildirib.

Avtobus qəzasının səbəbi hələlik məlum deyil.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir