Millinin sabahkı oyununa nə qədər bilet satılıb?
Sabah Azərbaycan millisi UEFA Millətlər Liqasında səfərdə Latviya millisi ilə qarşılaşacaq.
Xəbər Experti xəbər verir ki, bu gün axşama olan məlumata görə oyuna 8500 civarında bilet satılıb.
Kaunas şəhərində yerləşən və 15026 tamaşaçı tutumu olan Darius və Girenas Stadionunda keçirirəcək oyunda komandamızı təxmini 100 azarkeş dəstəkləyəcək. Oyun Bakı vaxtı ilə 17.00-da başlayacaq.
Yeri gəlmişkən, sabah Kaunasda günəşli və yağmursuz hava şəraiti gözlənilir. Temperatur isə günorta 18 dərəcə olacaq.










