Messi rəqibi ilə kəllə-kəlləyə gəldi, vurmağa cəhd etdi
“İnter Mayami”nin hücumçusu Lionel Messinin MLS-in 20-ci turunda “Filadelfiya Yunion”la matçda (2:2) etdiyi hərəkət İntizam Komitəsi tərəfindən araşdırılacaq.
Xəbər Experti xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.
Videogörüntüdə Messinin rəqibin başına əli ilə vurmağa cəhd etdiyi görünür.
Argentinalı futbolçunun ən böyük ehtimalla maliyyə cəriməsi ilə üzləşəcəyi bildirilir. Qaydalara əsasən, Messinin bir oyunluq diskvalifikasiya edilməsi də mümkündür.
İntizam Komitəsinin məsələ ilə bağlı yekun qərarı daha sonra açıqlanacaq.










