Meksikalı bəstəkar ailə üzvləri ilə birgə qətlə yetirilib
Meksikanın paytaxtı Mexikoda dəhşətli kütləvi qətl hadisəsi baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı bəstəkar Conatan Melendez, hamilə həyat yoldaşı və 3 yaşlı qızı qətlə yetirilib. Onların cəsədləri Mexikodakı mənzildə tapılıb. Melendezin 6 yaşlı uşağı isə hadisə yerində sağ-salamat tapılıb.
Meksika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, qurbanlar hadisə yerində yapışqan lentlə bağlı tapılıb.
Əlavə edilib ki, 3 yaşlı qız və daha iki nəfər başından, bir nəfər isə kürəyindən güllələnib.
Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin həbs olunduğunu açıqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.









