#Ölkə

Məktəblərdə Yad İdeologiya Təbliğatına Sərt Etiraz: “Gecikmiş Qərardır”

Məktəbdə dərs keçmək əvəzinə şagirdlərə yad ideologiyaları və dini şəxsləri təbliğ edən mahnıların oxutdurulması cəmiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.  

Sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə münasibət bildirən Elyar İslamoğlu qeyd edib ki, müəllimin dərsi kənara qoyaraq şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurması fonunda görülən tədbirlər tamamilə normaldır və hətta gecikmiş addımdır.”Məktəb dini təbliğatın, başqa ölkələrin dini ideologiyasının təbliğ olunacağı yer deyil.” — müəllif vurğulayıb.
Təhsil Müəssisələrində Tədris Proqramı Əsas Olmalıdır

Açıqlamada bildirilir ki, təhsil müəssisələrində yalnız dövlətin tədris proqramına və fənnə aid olan materiallar təbliğ edilməlidir. Dövlət atributlarına sayğısızlıq olunması, başqa ölkələrin ideologiyasının məktəblərə daşınması və buna qarşı sərt tədbirlər görüldükdə etiraz edilməsi kəskin tənqid olunub.  

Məsələ ilə bağlı cəmiyyət nümayəndələri də təhsil müəssisələrində bu kimi halların qarşısının qətiyyətlə alınmasının vacibliyini qeyd edirlər. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir