Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
İyulun 20-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə bu və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Xəbər Experti bu barədə nazirliyə istinadən xəbər verir.
Qəbulda iştirak etmək istəyənlər Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-379-74-44) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.










