#Dünya

Liviyada güclü yağışlar – küçələri su basdı

Liviyanın paytaxtı Tripolidə güclü yağış ciddi fəsadlar törədib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, yolları və küçələri su basıb, bir çox insan nəqliyyat vasitələrində qalıb.

Eləcə də universitetlərdə dərslər ən azı bir günlük dayandırılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin Tripoli şöbəsi su basmış ərazidə elektrik cərəyanı vuran bir şəxsin cəsədinin tapıldığını açıqlayıb.

Vətəndaşlara açıq naqillərdən və elektrik transformatorlarından uzaq durmaq xəbərdarlığı edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir