Lavrov Yaponiyanın reaksiyası barədə – “Öz işinizlə məşğul olun”
“Prezident Vladimir Putinin Kuril adalarına səfərinə görə Rusiyaya hücum etmək əvəzinə, Yaponiyanın daxili işlərinə diqqət yetirməsi daha yaxşı olardı”.
Xəbər Experti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Lakin əgər yaponlar bu cür hücumlarla, bizi beynəlxalq hüququ pozmaqda ittiham etməklə diqqəti öz militarist xətlərindən yayındırmaq istəyirlərsə, mən onlara öz işləri ilə məşğul olmağı məsləhət görərdim”, – XİN başçısı bildirib.
O həmçinin deyib ki, Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb, amma hələ konkret cavab verilməyib. Səfirin Moskvada olmadığını və ya özünü yaxşı hiss etmədiyini söyləyirlər.
“İstənilən halda, səfiri çağırmışıq və o, Xarici İşlər Nazirliyinə gəlməlidir. Biz prezident Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya rəhbərliyinin münasibətini və səfirin ev sahibi ölkədə özünü necə aparmalı olduğunu müzakirə edəcəyik”, – Lavrov vurğulayıb.










