#Dünya

Latviyalı nazirdən rus dili ilə bağlı sərt tələb

Latviyanın mədəniyyət naziri Naurus Puntulis Latviya parlamentinin insan haqları və ictimai fəaliyyət komitəsinin iclasında sərt çıxışla yadda qalıb.

Xəbər Experti xarici mətbuata istinadən xəbər verir ki, o, yerli KİV-də rus dilinin tamamilə ləğv olunmasını tələb edib.

Parlamentin hüquq şöbəsinin məlumatına görə, ölkə ərazisində fəaliyyət göstərən KİV-nin cəmi 2,5 faizi rus dilində yayımlanır. Nazir bunu azaldılmasının deyil, tamamilə ləğv olunmasının vacibliyini bildirib.

Yeri gəlmişkən, bu il yanvarın 1-dən etibarən Latviya məktəblərində rus dilinin ikinci xarici dil kimi tədrisi də dayandırılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir