Laçında iki fəslin inanılmaz görüşü
Laçın dağları növbəti dəfə təbiətin möcüzəsi ilə göz oxşayır. Yüksək dağlıq ərazidə çəkilən bu kadrda eyni anda iki fərqli fəslin nəfəsini hiss etmək mümkündür.
Mənzərənin bir tərəfində hələ də əriməyən bəyaz qar örtüyü uzandığı halda, cəmi bir neçə metr aralıda tünd yaşıl otlar və təzəcə çiçəkləyən sarı dağ çiçəkləri boy gösterir. Ağla yaşılın bənzərsiz sərhəd yaratdığı bu mənzərə, Laçının zəngin təbiətini və özünəməxsus mikromühitini bir daha gözlər önünə sərir.












