#Dünya #Sağlamlıq

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı artır

Konqo Demokratik Respublikasında Ebola virusundan dünyasını dəyişənlərin sayı 754-ə çatıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mətbuat və Rabitə Nazirliyi məlumat yayıb.

İndiyə kimi bu virusa 2011 yoluxma halı qeydə alınıb. Onlardan 754-ü ölümlə nəticələnib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo və Uqandada epidemiya ilə bağlı fövqəladə vəziyyət elan edib. Uqandada da bu günə kimi 400-dən çox insan bu virusun qurbanı olub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir