#Dünya

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 281-ə çatıb

Avqustun 10-da Kolumbiyada baş verən 7.4 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalanların axtarışı üçün xilasetmə işləri davam edir. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Abelardo de la Espriella mətbuat konfransında bildirib.

O, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, lakin ölənlərin sayının artaraq 281-ə çatdığını vurğulayıb.

De la Espriella 3971 nəfərin yaralandığını və 379 nəfərin hələ də itkin olduğunu əlavə edib.

“Vəziyyət mürəkkəbdir, lakin biz bütün resurslarımızdan istifadə edirik. Həmçinin yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin resurslarından da faydalanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin düşənlərlədir”, – deyə dövlət başçısı qeyd edib.

Kolumbiyada prezidenti əlavə edib ki, zəlzələdə 127 bina, 10 677 ev tamamilə dağılıb, 65 841 ev isə zədələnib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir